fbpx
Xəbərlər

Kürdəmirdə ağır qəza: Xəsarət alanlar var

BEY.AZ informasiya agentliyi xəbər verir



Kürdəmirdə ağır yol qəzası baş verib, xəsarət alanlar var.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Sor-Sor kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bekə ki, “Mercedes” markalı minik maşını həmin yolda hərəkətdə olarkən dönmə əməliyyatı edib. Bu zaman onunla eyni istiqamətdə hərəkət edən “VAZ 2107” markalı avtomaşın arxadan ona çırpılıb. Nəticədə avtomobillərdən biri yolun sağına, digəri isə soluna aşıb.

Hadisə zamanı “VAZ”da olan İmişli rayon sakinləri – 55 yaşlı Abbasov Adəm İxtiyar oğlu və 1968-ci il təvəllüdlü Abbasova Nübar Hadis qızı, “Mercedes”də olan sürücü – Kürdəmir rayon sakini 24 yaşlı Qurbanov Yusif Tərlan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Kürdəmirdə #ağır #qəza #Xəsarət #alanlar #var

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu