fbpx

Kütləvi məzarlıqlarda tapılan qalıqlardan 15 nəfərin kimliyi müəyyən edilib

BEY.AZ informasiya agentliyi xəbər verir


Kütləvi məzarlıqlarda tapılan qalıqlar üzərində aparılan tədqiqatlar nəticəsində şəxsiyyəti müəyyən edilən itkin düşənlərin siyahısı açıqlanıb.

İlgili Makaleler

Metbuat.az Apa-ya xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov itkin düşmüş şəxslərlə bağlı keçirilən brifinqdə məlumat verib.

O bildirib ki, artıq 15 nəfər itkin düşmüş şəxsin aqibətinə aydınlıq gətirilib: “4000 itkinin müqabilində bu rəqəm azdır. Amma bu, başlanğıcdır. Proses davam etdirilir. Onların 11 nəfəri hərbçi, 4 nəfəri mülki şəxsdir”.

Qeyd olunub ki, iki qalıq artıq dəfn olunub. 15 nəfərdən 7-si Daşaltı kəndində, 4 nəfəri Kəlbəcər, 4-ü Füzuli rayonunda itkin düşənlərdir. Onlardan 3 nəfərin eyniləşdirilməsi qısa zamanda aparılıb.

Kimliyi müəyyən edilən şəxslərin siyahısı aşağıdakı kimidir:

İbrahimov Vəliyyəddin Səhləb oğlu

Abdullayev Nurəli Hacıbaba oğlu

Qurbanov Nofəl Nəriman oğlu

Rüstəmov Araz Bağı oğlu

Abbasov Məhərrəm Abbas oğlu

Niftəliyev Adil Kamal oğlu

Qarayev Qafar Qənbər oğlu

Hüseynov Əli Heydər oğlu

Hüseynov Gülverdi Ağahüseyn oğlu

Mikayılov Baba Balakişi oğlu

İsayeva Sənəm Həsən qızı

Əzizov Yusif İsmayıl oğlu

Musayev Mehman Kamal oğlu

Allahverdiyev Şəmsəddin Əvəz oğlu

Məmmədov Əsəd Məmməd oğlu



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Kütləvi #məzarlıqlarda #tapılan #qalıqlardan #nəfərin #kimliyi #müəyyən #edilib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu