fbpx

Küveyt Əmiri Prezident İlham Əliyevi təbrik edib

BEY.AZ informasiya agentliyi xəbər verir

Küveyt Dövlətinin Əmiri Nəvaf əl-Əhməd əl-Cabir əl-Sabah Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Metbuat.az xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri.

Dost ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Fürsətdən istifadə edərək, dost ölkələrimiz və xalqlarımız arasında mövcud olan sıx əlaqələrin bundan sonra da inkişaf etməsini arzulayıram.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasına və onun dost xalqına isə davamlı tərəqqi və rifah diləyirəm”.

Küveyt Dövlətinin Vəliəhdi Məşəl əl-Əhməd əl-Cabir əl-Sabah da dövlət başçısına təbrik ünvanlayıb.

Təbrikdə deyilir:

“Zati-aliləri.

Dost Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Sizə uzun ömür, xoşbəxtlik və uğurlar, Azərbaycan Respublikasına və onun dost xalqına isə davamlı inkişaf və rifah arzulayıram”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu