fbpx

Lənkəranda ağır qəza: Polis öldü, 7 nəfər yaralandı

BEY.AZ informasiya agentliyi xəbər verir



Ələt-Astara magistral yolun Lənkəran rayon Boladi kəndindən keçən hissəsində baş verən yol qəzasında yeddi nəfər yaralanıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, yaralılar 2007-ci il təvəllüdlü Süleymanov Rüfət Valeh oğlu, 2009-cu il təvəllüdlü Süleymanova Gülsüm Valeh qızı, 1973-cü il təvəllüdlü Süleymanov Valeh Kamal oğlu, 1983-cü il təvəllüdlü Süleymanova Afət Təvəkkül qızı, 1980-ci il təvəllüdlü Süleymanova Nuranə Süleyman qızı, 2001-ci il təvəllüdlü Süleymanlı Səkinə Elman qızı və onun əkiz bacısı Süleymanlı Fatimə Elman qızı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıblar.

Xəstələrə ilkin tibbi xidmətlər göstərilib. Yaralılara bud sümüyünün sınığı, təpə nahiyəsinin əzilmiş-didilmiş yaraları, sağ yuxarı ətraf və burnun sıyrılmış yaraları diaqnozu qoyulub.

Qeyd edək ki, hadisə yerində dünyasını dəyişən sürücü Elman Süleymanov polis nəfəridir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


  • Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
    #Lənkəranda #ağır #qəza #Polis #öldü #nəfər #yaralandı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu