fbpx

Lənkəranda övladlığa verilən qız qaçırılıb?

BEY.AZ informasiya agentliyi xəbər verir


Lənkəranda övladlığa verilən qız qaçırılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Metbuat.az-a verilən məlumata görə, sosial şəbəkədə paylaşılan həmin məsələdən məlumatlıdırlar.

Verilən məlumata görə, iddialar araşdırılır, nəticəsi barədə məlumat veriləcək.

10:32

“Lənkəranda illər əvvəl notarial qaydada uşaqdan imtina yazılıb. Övladlığa verilmə prosesi məhkəmə yolu ilə həyata keçirilib. Gözəl bir ailə formalaşıb. İndi isə məxfilik pozulub və uşaq qaçırılıb”.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib.

Onun sözlərinə görə, 15 yaşlı qızı bioloji ana və qohumları qaçırıblar: “Qıza nə ediblərsə, qız rəsmi anaya dönmür. Uşaq övladlığa götürən ailənin ad, soyadında… Qonşular uşağın məcburən saxlandığını iddia edirlər. Məxfiliyin pozulması cinayət tərkibi yaradır. Uşağın qaçırılması da cinayət tərkibi yaradır. Uşağın başına nə gələcəyi min bir fikir yaradır. Rəsmi ailə yalvarır. Uşaq təzyiq altında “getmirəm” deyir”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Lənkəranda #övladlığa #verilən #qız #qaçırılıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu