fbpx

Lənkəranda yağan qar yaşayış evinin damını uçurdu

BEY.AZ informasiya agentliyi xəbər verir


Son günlər yağan güclü qar Lənkəranda fərdi yaşayış evlərinə ziyan vurub.

Metbuat.az “Report”a istinadən xəbər verir ki, Lənkəranda fərdi yaşayış evinin damı uçub.

Belə ki, geçə saatlarında rayonun Balıqçılar qəsəbə sakini 1959-cu il təvəllüdlü Tofiq Mirzağa oğlu Bədəlova məxsus iki mərtəbəli yaşayış evinin dam örtüyünün bir hissəsi qarın ağırlığına tab gətirməyərək çöküb.

Ev sahibinin sözlərinə görə, yaşadıqları evin damının uçması ailəni çətin duruma salıb. Çünki qar suları evin içərisinə tökülür.

Onlar qeyd edib ki, evdə iki azyaşlı uşaq var. Ərazidə işıqların tez-tez sönməsi vəziyyəti daha da ağırlaşdırır.

Çətin duruma düşən ailə bu barədə aidiyyati qurumlara müraciət etsə də hələlik cavab ala bilməyib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Lənkəranda #yağan #qar #yaşayış #evinin #damını #uçurdu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu