fbpx

Laçında təcili yardım briqadası fəaliyyətə başladı

BEY.AZ informasiya agentliyi xəbər verir



Laçında təcili və təxirəsalınmaz tibbi yardım briqadası fəaliyyətə başlayıb.

TƏBİB-dən Metbuat.az-a bildirilib ki, tibb personalı növbəlilik prinsipi ilə 7/24 fəaliyyət göstərəcək.

Təcili və təxirəsalınmaz tibbi yardım briqadaları Bakı şəhəri “113” xidmətindən, Xocavənd Rayon Mərkəzi Xəstəxanasından və Laçın Rayon Mərkəzi Xəstəxanasından növbəlilik əsasında ezam olunub.

Bundan əlavə, Laçına ötən gün köçən 17 pasiyentə tibb personalı tərəfindən arterial hipertenziya, şəkərli diabet, günvurma səbəbilə yerində yardım olunub.

Xatırladaq ki, TƏBİB tərəfindən Laçına köçürüləcək ailələrin bütün respublika üzrə tibbi müayinələri də təşkil edilib.





Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Laçında #təcili #yardım #briqadası #fəaliyyətə #başladı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu