fbpx

Lalə Azərtaş gözyaşlarını saxlaya bilmədi: “İkinci arzumuz yerinə yetmədi”

BEY.AZ informasiya agentliyi xəbər verir


Aparıcı Lalə Azərtaş dünən vəfat edən Hacı Şahin Həsənli ilə bağlı danışıb.

Metbuat.az xəbər verir ki, o, “Təsir dairəsi” verilində qeyd edib ki, Hacı Şahinin arzuları var idi: “Onun da müddəti çox qısa oldu, çünki 48 il çəkdi. Mən buna həyatdan doymamış gedilən nakam ölüm deyərəm. Yerinə yetməmiş arzumuz var idi. Artıq həyatda yoxdur. Üstüörtülü deyəcəyəm, çünki yerinə yetməmiş arzudan danışmağa dəyməz və onu həyata keçirməyə gücüm yoxdur. İki arzumuz vardı, biri Şuşada Yuxarı Gövhərağa məscidində namaz qılmaq idi. O yerinə yetdi, digəri isə yox, çox təəssüf”.

Öz xatirələrini bölüşən Azərtaş dəfn mərasiminə getdiyini və xudahafizləşdiyini deyib:

“Onunla xudahafizləşəndə qulağına dedim ki, bizim ikinci arzumuz yerinə yetmədi, təəssüf. Sağ olsaydı, inanıram ki, “Heç üzülmə, Allah belə məsləhət görüb” deyərdi. İmkanım olsaydı, bircə kəlmə soruşardım. Hansı hissləri keçirdin ki, “Whatsapp”da ( din xadiminin son statusunu nəzərdə tutur – red) bu sözləri yazdın?”.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Lalə #Azərtaş #gözyaşlarını #saxlaya #bilmədi #İkinci #arzumuz #yerinə #yetmədi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu