fbpx

Lalə Məmmədova ilə gənclərin görüşü keçiriləcək

BEY.AZ informasiya agentliyi xəbər verir


Sentyabrın 14-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Respublikasının Əməkdar artisti Lalə Məmmədova ilə gənclərin görüşü keçiriləcək.

Metbuat.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “MədəniyyətimİZ” layihəsi çərçivəsində keçiriləcək görüşdə Lalə Məmmədova mövcud kreativ sənaye, gənclərin müasir musiqi üslubu ilə ayaqlaşması, habelə milli estrada sənətinin inkişafı istiqamətlərindən söhbət açacaq.

Tədbir müddətində həmçinin “Populyar musiqi ifaçılığı mədəniyyətində milli ənənələr”, “Müasir trendlər: kreativ musiqi sənayesi və inkişafı amilləri” və “Estrada sənətimiz: dünənimiz, bugünümüz, sabahımız” mövzularında panel müzakirələrin keçirilməsi nəzərdə tutulur. Tədbirin bədii hissəsində əməkdar artistin ifasında ən sevilən nəğmələr, eləcə də, gənc musiqiçilərin ifasında milli və xarici musiqi nümunələri təqdim ediləcək.

Qeyd edək ki, “MədəniyyətimİZ” layihəsinin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat fəaliyyətinin öyrənilməsi, habelə ölkə mədəniyyətinin inkişafı istiqamətində gənclərin iştirakçılığını artırmaqdır.

Görüşdə iştirak etmək istəyən gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://shorturl.at/djtxQ





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Lalə #Məmmədova #ilə #gənclərin #görüşü #keçiriləcək

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu