fbpx

Lavrov iranlı həmkarını qarşılamağa çıxmadı

BEY.AZ informasiya agentliyi xəbər verir


İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianın martın 29-u Rusiyada səfəri qalmaqalsız ötüşməyib.

Metbuat.az xəbər verir ki, bu barədə İran mediasında məlumat və görüntülər dərc olunub. Bildirilib ki, Abdullahian Rusiya XİN rəhbərinin onu qarşılaması üçün Xarici İşlər Nazirliyinin binası qarşısında öz avtomobilində gözləyib, lakin Sergey Lavrov onu qarşılamayıb.

İranlı nazir XİN binasına daxil olduqdan sonra isə Lavrov kameralar qarşısında ona “Görünür, siz avtomobildən enmək istəmirdiniz?!” deyə bildirib. Abdullahian qarşılığında “Mən gözləyirdim” cavabını verib. Bu zaman Lavrov kinayəli şəkildə “Nə gözləyirdiniz?” deyə soruşub, o isə susub.

Lavrovun həmkarını aşağılaması iranlı sosial şəbəkə istifadəçilərini qəzəbləndirib. Bundan sonra İran XİN-in sözçüsü Nasser Kənani məsələyə münasibət bildirib: “Təbii ki, nümayəndə heyətinin rəhbəri bir neçə dəqiqə avtomobilin içərisində qalıb və onu müşayiət edən digər əsas üzvləri gözləyib. Moskvanın yağışlı havasında həmkarı da qəbul yerində ölkəmizin xarici işlər nazirini gözləyirdi”.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Lavrov #iranlı #həmkarını #qarşılamağa #çıxmadı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu