“Lex”: Bakıdakı matçda fit çalan hakimlər bəlli olub
BEY.AZ informasiya agentliyi xəbər verir
Bakıda “Qarabağ” və Polşa “Lex”i arasında keçiriləcək UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda hakim təyinatları bəlli olub.
Metbuat.az qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, matçı İngiltərədən olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Endryu Medli olacaq. Ona Daniel Kuk və Harri Leonard köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Simon Huper yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Komandalar arasında ilk oyun isə iyulun 5-də Poznanda baş tutacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.