fbpx

PSJ-dən Mbappeyə “Real”la bağlı gözlənilməz təklif

BEY.AZ informasiya agentliyi xəbər verir


Kilian Mbappe PSJ-nin yeni müqavilə təklifini rədd edib.

Metbuat.az xəbər verir ki, yeni təklifdə fransız ulduzun gələn yay “Real Madrid”ə getməsinə zəmanət verilirdi. Bu barədə “Sky Sports”un baş müxbiri Kaveh Solhekol məlumat verib. Məlumata görə, Mbappenin PSJ-nin yeni təklifini rədd etməsi onun azad agent kimi seçimləri nəzərdən keçirməyə hazır olduğunu göstərir. 24 yaşlı futbolçunun bu yay komandanı tərk etmə ehtimalı hələ də gündəmdədir. Premyer Liqa klubu “Çelsi” də onu heyətinə cəlb etmək üçün hərəkətə keçib. Solhekolun sözlərinə görə, Mbappe müqavilə təklifini rədd etmək qərarı ilə bağlı açıqlama verməkdən imtina edir.

Qeyd edək ki, PSJ artıq Mbappenin rədd cavabına görə futbolçu ilə müqaviləni 2025-ci ilin yayına qədər uzatmaq variantını aktivləşdirə bilməyib. Çünki, bunun üçün sözləşmədə göstərilən müddət iyulun 31-də başa çatıb

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#PSJdən #Mbappeyə #Realla #bağlı #gözlənilməz #təklif

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu