fbpx

Ramos transferi klubu qarışdırdı

BEY.AZ informasiya agentliyi xəbər verir


“Sevilla”nın ultra qrupu “Biris Norte” klubun Serxio Ramosu almasına qarşı çıxıb.

Metbuat.az xəbər verir ki, azarkeşlər keçmişdə Ramosun dəfələrlə klubla düşmənçiliyindən narazılıqlarını bildiriblər. “Biris Norte”, Ramosu transfer etdiyi üçün klubu tənqid edən açıqlama verib:

“50 ilə yaxındır ki, “Sevilla”nın ultra qrupu olaraq, bu transferi rədd etdiyimizi bildirmək istərdik. Nifrət və ya kinlə hərəkət etmirik. Lakin tərəfdarlara sevgi və hörmət lazımdır. Biz inanırıq ki, bu transfer bizim dəyərlərimizə, gerbimizi qoruyan simvollara, əfsanələrə və keçmişdə bu oyunçu tərəfindən təhqirə məruz qalan minlərlə Sevillistaya hörmətsizlikdir”.

Qeyd edək ki, Serxio Ramos bir sıra təklifləri rədd edərək, az məvacibə “Sevilla” klubuna transfer olmağa razılıq verib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ramos #transferi #klubu #qarışdırdı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu