fbpx

Leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ



Bakıda və Abşeron yarımadasında iyunun 13-14-də gündüz saatlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən BEY.AZ-a verilən məlumata görə, Azərbaycanın rayonlarında iyunun 13-ü gündüzdən 14-ü axşamadək bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda (Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan) yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.







MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin