fbpx
Xəbərlər

Avtomobillərin icbari sığorta bazarı 51% böyüyüb

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda avtomobillərin icbari sığortası (NVSMMİS) üzrə yığımlar 121 mln. 515 min manata yüksəlib.

BEY.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 51.3% və ya 41 mln. 211 min manat çoxdur. Belə ki, 2022-ci ilin yanvar-sentyabr aylarında 80 mln. 303.9 min manat sığorta haqqı toplanılmışdı.

Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi 72 mln. 679 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 7.5% və ya 5 mln. 95 min manat çoxdur. Ötən ilin yanvar-sentyabr aylarında bu sığorta növü üzrə ödənişlərin həcmi 67 mln. 584 min manat olub.

Sığorta ödənişlərinə nisbətən yığımların daha çox artması son bir ildə NVSMMİS üzrə zərərliliyi 29% azaldıb. Belə ki, 2022-ci ilin yanvar-sentyabr aylarında sığorta şirkətləri bu sığorta üzrə topladıqları hər 100 manatdan 84.1 manatını ödənişə yönəltmişdirsə, cari ilin ilk 9 ayında bu rəqəm 59.8 manata enib.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Avtomobillərin #icbari #sığorta #bazarı #böyüyüb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu