fbpx
Xəbərlər

Lisey və gimnaziyalara imtahanlar başladı

BEY.AZ informasiya agentliyi xəbər verir

İyunun 17-dən ölkə üzrə bəzi lisey və gimnaziyalara qəbul imtahanlarına start verilib.

Bu barədə Metbuat.az-a Təhsil Nazirliyindən bildirilib.

İmtahanlar 18, 19 və 20 iyun tarixlərində davam edəcək.

Qəbul imtahanlarında 20 minə yaxın şagirdin iştirakı gözlənilir.

IV-VIII sinif şagirdləri arasında keçirilən imtahanlar Bakı şəhəri ilə yanaşı, Gəncə, Şirvan və Şəki şəhərləri, Quba, Şəmkir, Oğuz, Biləsuvar, Şamaxı, Ağdaş və Ağstafa rayonlarında da təşkil olunur. İmtahan zamanı şagirdlər Azərbaycan dili və riyaziyyat fənləri ilə yanaşı, məntiqi təfəkkürün yoxlanılması üçün qapalı test tapşırıqlarını cavablandıracaqlar. Yuxarı sinif şagirdlərinə isə əlavə olaraq fizika və kimya fənləri üzrə tapşırıqlar təqdim olunacaq.

Şagirdlər imtahan nəticələrini 24 iyun tarixindən etibarən qeydiyyatdan keçdikləri şəxsi kabinetləri vasitəsilə öyrənə biləcəklər.

Qeyd edək ki, artıq ikinci ildir ki lisey və gimnaziyalara qəbul mərkəzləşdirilmiş şəkildə həyata keçirilir. Mərkəzləşdirilmiş qəbul prosesi zamanı şagirdlər imtahan nəticələrinə, yəni toplanılan bala uyğun olaraq, müvafiq lisey və gimnaziya seçimi etmək imkanı əldə edirlər. Yeni mexanizmə əsasən, şagirdlər üç təhsil müəssisəsinə qəbul üçün sorğu göndərə bilər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu