fbpx

“Liverpul”un yeni kapitanı bəlli oldu

BEY.AZ informasiya agentliyi xəbər verir


Niderlandlı Vircil van Deyk “Liverpul”un yeni kapitanı seçilib, ingiltərəli Trent Aleksander-Arnold isə vitse-kapitan olacaq.

Metbuat.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Bu, mənim üçün, həyat yoldaşım, uşaqlarım, ailəm üçün həqiqətən böyük gündür. Bu, özəl bir duyğu idi və hazırda onu təsvir edə bilmirəm. Amma bu mənim çox, çox qürur duyduğum bir şeydir”, – “qırmızılar”ın yeni kapitanı bildirib.

Qeyd edək ki, Vircil Van Deyk 2018-ci ilin yanvarında “Sauthempton”dan Mersisayd klubuna keçdikdən sonra 222 oyun keçirib. Bu müddət ərzində 32 yaşlı müdafiəçi “Liverpul”un İngiltərə Premyer Liqası, Çempionlar Liqası, İngiltərə Kuboku, Liqa Kuboku, UEFA Superkuboku, Klublararası Dünya Kuboku və FA Superkubokunu qazanmasına töhfə verib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Liverpulun #yeni #kapitanı #bəlli #oldu

Bir Cevap Yazın

Başa dön tuşu