fbpx

Lotereyada 100 milyon udan azərbaycanlı kimdir?

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Rusiyada azərbaycanlı loterayada 100 milyon rubl udub.

Metbuat.az Azxeber.com-a istinadən xəbər verir ki, Soçidə yaşayan həmyerlimiz Azər Musayev 100 milyon rubl (1 milyon ABŞ dolları) məbləğində rekord super mükafatı qazanıb.

Onun qalib olduğu lotoreya biletinin qiyməti 500 rubl olub.

Həmyerlimiz bildirib ki, əvvəlcə iki bilet alıb:

“Həmin biletlər uduşsuz olub. Üçüncüsünü aldım və düşündüm: Qoy sonuncu dəfə cəhd edim. Dəmir pulla lotareyanı silməyə başladım. Üst sətirdə 5 milyon gördüm. Sevindim, daha yoxlamadım və düşündüm ki, bu məbləği udmuşam. Bileti satıcıya verəndə o da yoxladıqda məlum oldu ki, mən əslində 100 milyon qazanmışam. Düzünü desəm mən buna dərhal inanmadım”, – deyə həmyerlimiz söyləyib.

Azər Musayev Soçidə inşaatçı işləyir. O, lotoreyada udduğu məbləğlə yaxınlarına maddi yardım etməyi, mənzil və maşın almağı və oğluna toy etməyi planlaşdırır.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Lotereyada #milyon #udan #azərbaycanlı #kimdir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu