fbpx
Xəbərlər

“LUKoyl” Ukraynada hərbi əməliyyatların dayandırılmasına çağırdı

BEY.AZ informasiya agentliyi xəbər verir


Rusiyanın “LUKoyl” şirkətinin Direktorlar Şurası Ukraynada hərbi əməliyyatların dayandırılmasına çağırıb.

Metbuat.az xəbər verir ki, Direktorlar Şurasının şirkətin sərmayədarlarına, əməkdaşlarına və müştərilərinə ünvanlandığı müraciətdə Ukraynada baş verən faciəvi hadisələrdən narahatlıq ifadə olunur, silahlı qarşıdurmaya tezliklə son qoyulmasına və münaqişənin danışıqlar yolu ilə həllinə çağırış edilir.

Qeyd olunur ki, şirkət bütün ölkələrdə və regionlarda fəaliyyətini sabit davam etdirməyə, dünyanın hər yerində istehlakçılarının enerji ilə etibarlı təminatına çalışır. “LUKoyl” öz fəaliyyətində sülhün, beynəlxalq münasibətlərin və humanitar əlaqələrin möhkəmlənməsinə səy göstərir”, – deyə müraciətdə vurğulanır.

Rusiyanın ikinci böyük neft şirkəti olan “LUKoyl”un Direktorlar Şurasına 11 nəfər, o cümlədən Azərbaycan əsilli iş adamı, şirkətin prezidenti Vahid Ələkbərov da daxildir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu