fbpx

Mədəniyyət naziri çinli həmkarı ilə görüşüb

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti 3-9 sentyabr tarixlərində Çin Xalq Respublikasında (ÇXR) səfərdədir.

Nazirlikən Metbuat.az-a verilən xəbərə görə, səfər çərçivəsində Pekin şəhərində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə ÇXR-in mədəniyyət və turizm naziri Hu Hıpin arasında geniş nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilib.

Söhbət zamanı iki ölkə arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə olunub. İkitərəfli əlaqələrin bugünkü inkişafının əsasının Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğu diqqətə çatdırılıb.

Bildirilib ki, hazırda Prezident İlham Əliyev Çin ilə əlaqələrə xüsusi əhəmiyyət verir. Əməkdaşlığın müxtəlif sahələrində olduğu kimi, mədəniyyət sahəsində də əlaqələrin yaxşı ənənələri formalaşıb. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının Çinin müxtəlif şəhərlərində böyük səhnələrdə nümayiş olunması bunun təzahürüdür. Eyni zamanda teatr, kinematoqrafiya, muzey işi, kitabxana, mədəni irsin qorunması və bərpası, eləcə də dil və ədəbiyyat sahələri üzrə əməkdaşlığın perspektivləri nəzərdə keçirilib. Abidələrin bərpası, kitabxana işi və kinematoqrafiya sahələrdə qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti qeyd olunub, birgə film istehsalı ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin yaradıcı sənayelər sahəsində əməkdaşlıq da diqqət mərkəzinə çəkilib.

Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin əhəmiyyətini vurğulayan Adil Kərimli bu platforma çərçivəsində ölkəmizdə həyata keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumuna Çin hökuməti tərəfindən həmişə diqqət göstərildiyini bildirib. O, Çin tərəfini 2024-cü ildə Bakıda keçiriləcək növbəti forumda iştiraka dəvət edib. Çinli nazir dəvəti qəbul edərək təşəkkürünü bildirib.

Nazir Hu Hıpin gələn il Azərbaycanda Çin mədəniyyəti həftəsinin keçirilməsi təklifini səsləndirib, bu barədə fikir mübadiləsi aparılıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Mədəniyyət #naziri #çinli #həmkarı #ilə #görüşüb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu