fbpx
Xəbərlər

Məhkəmə həbsdə vəziyyəti pisləşən Səlim Müslümovla bağlı QƏRAR VERDİ

BEY.AZ informasiya agentliyi xəbər verir

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsində həbs qətimkan tədbiri dəyişdirilib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, bu barədə Səbail rayon Məhkəməsində qərar çıxarılıb.

Məhkəmənin qərarına əsasən, Səlim Müslümovun səhhəti ilə bağlı onun barəsində qətimkan tədbiri dəyişdirilib və ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, S.Müslümov barəsində olan korrupsiya əməllərinə görə ötən ilin fevral ayında Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyat nəticəsində həbs edilib.

Xatırladaq ki, sabiq nazir bir neçə gün öncə səhhətindəki problemlərə görə Penitensiar Xidmətin Müalicə müəssisəsinə yerləşdirilmişdi.

Səlim Müslümovun ev dustaqlığına buraxılması barədə xəbəri ilk olaraq unikal.org saytı yayıb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu