fbpx

Məktəb bazarlığı üçün valideynlərə nə qədər pul lazımdır?

BEY.AZ informasiya agentliyi xəbər verir


Artıq yeni tədris ili başlayır. Nəzərdə tutlan məktəbli formalarının da satışı başlayıb. Həmçinin məktəb ləvazimatlarının satışı üçün yarmakalar da təşkil edilib.

Metbuat.az bir neçə market və yarmakalarda qiymətlərlə maraqlanıb. Satıcılar deyir ki, hazırda hər bir sahədə olduğu kimi bu sahədə də cüzi bahalaşma var. Məktəb ləvazimatları satılan mağazalar və yarmakalarda qiymət fərqi demək olar ki, yoxdur.

Məktəbli formaları:

Həm oğlan, həm də qızlar üçün olan pololar rəngindən asılı olmayaraq uzunqol və qısaqol köynəklərin qiyməti 14 manat, şalvarlar, ətəklər isə 25 manatdır.

Çantalar:

Ən ucuz çantalar 15 manatdan başlayır. Keyfiyyətli və kitabların ağırlığına dözümlü olan çanatların qiyməti isə 25, 30, 40, 55, 70 manatdır. Hətta 100 manata satılan çantalara da rast gəldik.

Dərslik ləvazimatları:

12 vərəq dəftərlərin qiyməti 15 qəpik, 20 vərəq 30, 40 vərəq dəftərlər 50-55 qəpik, 100 vərəq dəftərlər isə 1.15 manatdan başlayır.

Qələmlərin qiyməti də 20 qəpikdən başlayaraq 2 manatadək davam edir. Rəngli karandaşların qiyməti isə 1.60 manatdan başlayır. Daha keyfiyyətli və böyük karandaşların son qiyməti isə 13 manatdır. Rəsmdə istifadə olunan rəngli flamasterlər 90 qəpikdən başlayır. Lövhədə yazı üçün istifadə olan marker isə 65 qəpikdir. Pozan, karandaşyonana gəlincə, ən ucuz pozanın qiyməti 15 qəpik, soyan isə 20 qəpik təşkil edir.

Xətkeş dəstinin ilkin qiyməti 1.50 manatdan başlayır. Qayçıların ən ucuzu 60 qəpikdən başlayır. Kleylər 30, daha böyükləri isə 90 qəpikdir.

Plastilinlərin qiyməti nisbətən balaca olanlar 1.10 manat, böyükləri isə 7.60 manatadəkdir.

Həmçinin qələm qabları 2.50 manatdan başlayır, daha böyük ölçüdə olanlar isə 5 manatdır. Tək-tək satılan kitab üzləri 20-30 qəpik təşkil edir. Həmçinin satışda hər sinif üçün nəzərdə tutlan kitablar üzlərinin ümumilikdə qiyməti 1.50 manatdır.

Son olaraq gündəliklər 2 manatdır.

Termoslara gəlincə, kiçik olanların qiyməti 5.30-dan başlayır. Daha böyüklər isə 7 -20 manatadək olan qiymətədir.

Bunlar tədris ilinə hazırlıq üçün ilkin mərhələdir. Təxmini hesablamalarımıza görə, 1 şagirdin məktəbə çox baha olmayan məktəb vəsaitlətlərlə təmin edilsə, ən azı valideynə 100 manat xərc lazımdır.

Qeyd edək ki, satıcılar deyir ki, dərsdə istifadə edilən digər iş dəftəri, test vəsaitlərinin də qiymətində bahalaşma var. Amma hələ ki, dəqiq qiymət bəlli deyil.

Gülər Seymurqızı



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu