fbpx

Məktəblərdə Azərbaycan bölməsi üzrə mövcud olan vakant yerlərin statistikası açıqlandı

BEY.AZ informasiya agentliyi xəbər verir



Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi dövlət ümumi təhsil müəssisələrində son iki ildə Azərbaycan bölməsi üzrə mövcud olan vakant yerlərə dair müqayisəli statistikanı təqdim edib.

Mərkəzdən Metbuat.az-a verilən xəbərə görə, fransız dili, musiqi, rus dili və təsviri incəsənət fənləri istisna olmaqla, digər bütün fənlər üzrə təqdim edilən vakant yerlərin sayı ötən illə müqayisədə artmışdır. Azərbaycan və rus bölməsi üzrə ümumilikdə 10 000-dən artıq vakant yer müəllimlərin işə qəbulu üzrə müsabiqəyə təqdim ediləcək.

Qeyd edilib ki, cari ildə təşkil olunan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin bütün fənlər üzrə minimum tələbi 40 bal müəyyən olunmuşdur. Müsabiqənin test imtahanı mərhələsinin minimum tələbini ödəyən namizədlər vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


  • Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
    #Məktəblərdə #Azərbaycan #bölməsi #üzrə #mövcud #olan #vakant #yerlərin #statistikası #açıqlandı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu