fbpx

Məktəblərdə bu qadağan edilə bilər

BEY.AZ informasiya agentliyi xəbər verir


“Hazırda məktəbə telefon gətirməyi qadağan edən norma yoxdur, yəni hüquqi-nöqteyi nəzərdən bu qadağan deyil”.

Metbuat.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, gələcəkdə bununla bağlı işlərin görülməsi mümkündür:

“Ötən ildən biz şagird davranış qaydalarını təsdiq etdik. Onu 300-ə yaxın məktəbdə pilot qaydada həyata keçiririk. Hazırda məktəbə telefon gətirməyi qadağan edən norma yoxdur, yəni hüquqi-nöqteyi nəzərdən bu, qadağan deyil. Amma məktəbin özünü daxili qaydaları ilə bu, tənzimlənə bilər.

Dərsin ortasında nə müəllim, nə də şagird telefonla oynamalıdır. Bunlar sadəcə telefon söhbəti yox, məktəbdə xeyli sayda hallar var ki, onlar tənzimlənməlidir. Hüquqi-nöqteyi nəzərdən baxsaq, telefon şagirdin şəxsi əmlakıdır. Burada xeyli sayda məsələlər var ki, həll edilməlidir. Hazırda bunu ciddi şəkildə nəzərdə keçiririk. Gələcəkdə məktəblərdə telefondan istifadənin qadağan edilməsi mümkündür”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Məktəblərdə #qadağan #edilə #bilər

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu