fbpx

Məktəbli formaları bu ünvanlarda da satılır

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Yeni tədris ilinin başlanmasına təxminən artıq 1 ay qalıb. Bəzi valideynlər övladları üçün məktəb ləvazimatları, xüsusilə də məktəbli formaları almağa başlayıb. Bu il də vahid məktəbli forması əsas gündəm mövzusudur. Artıq Elm və Təhsil Nazirliyi məlumat yayaraq diqqətə çatdırıb ki, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək.

Məktəbli formaları almaq deyəndə ağla ilk növbədə “Bakı Tikiş Evi” gəlir. Çünki insanların böyük qismi elə bilirdi ki, məktəbli formalarının istehsalı ilə yalnız onlar məşğul olur.

Metbuat.az “Qafqazinfo”ya istinadən bildirir ki, məktəbli formalarının istehsalı və satışı ilə məşğul olan başqa şirkətlər, fabriklər və tikiş evləri də mövcuddur. Hər yeni tədris ilində məktəbli formalarını əldə etmək regionda yaşayanlar üçün paytaxt sakinləri ilə müqayisədə bir qədər çətin olub. Bununla bağlı dəfələrlə sosial şəbəkələrdə də müzakirələr yaranıb.

Rüya tabirlerini burdan oku

Bəs, bu şirkət, fabrik və tikiş evlərinin regionlar üzrə satış nöqtələri varmı? Regionlarda məktəbli formalarının satışı nə cür həyata keçirilir?

Mövzu ilə bağlı elə ilk olaraq “Bakı Tikiş Evi” ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov ilə əlaqə saxladıq. O deyir ki, paytaxtın müxtəlif ərazilərində 10 satış məntəqələri mövcuddur: “Bundan əlavə, hazırda Astara, Cəlilabad, Lənkəran, Qəbələ, Qax və İsmayıllıda mağazalarımız fəaliyyət göstərir. Bu gün də Masallıya göndəririk. Artıq satışlar başlanılıb”.

GiLTEX MMC-dən isə bildirildi ki, hazırda tələbatı qənaətbəxş hesab etmək olar: “Hazırda ümumilikdə ilkin olaraq bölgələrdə 21 satış nöqtəmiz var. İnsanları məlumatlandırmaq üçün mütamadi təbliğat aparılır, bukletlər paylanılır. Partnyor mağazalarımız vasitəsilə pərakəndə satışlarımız başlanıb. Aşağıda qeyd olunan bölgələrdə olan şagirdləri formalarla 100% təmin etmək fikrindəyik”.

Bakı Tekstil Fabrikindən də verilən məlumata görə, onlar 6 regional bölgədə 42 mağaza ilə fəaliyyət göstərirlər: “Əsas fəaliyyət regionlarımız Şəmkir, Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kürdəmir, Ucar, Göyçay, Sumqayıt, Xırdalan, Xızı, Siyəzən, Şabran, Quba, Xaçmaz və Qusar rayon və şəhərləridir. Əlavə olaraq da Bakı İnzibati Bölgəsində Binəqədi və Suraxanı ərazilərində satış mağazalarımız mövcuddur. Betex markası ilə satışa təqdim edilir. Bu mövsüm üçün planlanan məktəbli formalarının bütün bədən ölçüləri mövcuddur”.

Panda Kids mağazalar şəbəkəsindən isə bildirildi ki, onlar Bakının fərqli rayonlarında və Gəncə şəhərində iki ünvanda müştərilərə xidmət göstərir.

Qeyd edək ki, mağazaların açılması prosesi davam edir.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, məktəblər tərəfindən 4 cür geyim formasından birinin seçilməsi nəzərdə tutulur.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Məktəbli #formaları #ünvanlarda #satılır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu