fbpx

Paşinyan Münhenə getmək istəmir: Travmatik xatirələri var

BEY.AZ informasiya agentliyi xəbər verir


Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 18-də Münhen konfransı çərçivəsində keçiriləcək Cənubi Qafqazda təhlükəsizliklə bağlı panel müzakirəsində iştirak etməyəcək. Cənubi Qafqazda təhlükəsizliklə bağlı panel müzakirəsinin iştirakçılarının siyahısında Ermənistanın baş nazirinin adı yoxdur.

Məsələyə münasibət bildirən politoloq İlyas Hüseynov Metbuat.az-a bildirdi ki, Nikol Paşinyan növbəti dəfə biabr olmamaq üçün konfransa getməyəcək.

“Paşinyan üçün Münhen Təhlükəsizlik Konfransı travmatik xatirələrlə bağlıdır, qorxulu yuxu kimidir. Bu panel müzakirəsində göründüyü kimi, təşkilatçılar əvvəlcə Ermənistanın baş nazirinin iştirakını planlaşdırıb və xahiş ediblər. Bakı və Tbilisi nümayəndə heyətləri də öz növbəsində Ermənistanın da təmsil olunacağı “Cənubi Qafqaz” panelini dəstəkləyiblər, lakin Paşinyan administrasiyası bu formatdan qəti şəkildə imtina edib”.

2020-ci ilin məşhur debatlarını və Ermənistanın baş nazirinin məşhur “Caucasian bureau desided” fikirlərini xatırladan politoloq hesab edir ki, ona görə də Paşinyanın Münhendə Əliyevlə müzakirəyə girmək istəməməsini anlamaq olar.

“Amma Ermənistan üçtərəfli Bakı-Tbilisi-İrəvan müzakirə formatına qoşulmaq istəməməsi ilə regionda getdikcə özünü təcrid edir. Xatırladaq ki, Davosda keçirilən Dünya İqtisadi Forumunda İlham Əliyev və İrakli Qaribaşvilinin iştirakı ilə birgə panel olub, lakin Ermənistan tərəfi ümumiyyətlə, həmin tədbirdə iştirak etməyib”.

Qeyd edək ki, ötən gün Ermənistan hökümətinin mətbuat xidməti məlumatına görə, Ermənistan Baş naziri Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya gedəcəyi ilə bağlı açıqlama edilmişdi. Konfrans çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır. Xatırladaq ki, Münhen Təhlükəsizlik Konfransı 17-19 fevral tarixlərində keçiriləcək.

Gülbəniz Hüseynli / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Paşinyan #Münhenə #getmək #istəmir #Travmatik #xatirələri #var

Bir Cevap Yazın

Başa dön tuşu