fbpx
Xəbərlər

Məktəbli formaları ehtiyacı olanlara pulsuz verilsin

BEY.AZ informasiya agentliyi xəbər verir


Sosial baxımdan həssas ailə qrupuna aid olan ailələrin övladlarına, şahid və qazi ailələrinə məktəbli formalarının ödənişsiz verilməsini alqışlayaram. Bu çox gözəl bir addım olardı”.

Metbuat.az xəbər verir ki, bu fikirləri AzEdu.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas söyləyib.

O, əvvəllər də bu kimi addımların atıldığını qeyd edib:

“Sovet dönəmində də ehtiyacı olanlar məktəbli formaları və dərs ləvazimatları ilə ödənişsiz təmin edilirdi. Hətta o şagirdləri incitməmək, yoldaşlarının yanında pis olmamaları üçün hər şey evlərinə göndərilirdi. Bunu reklam məqsədilə etmirdilər. Həmçinin bir müddət əvvəl Heydər Əliyev Fondu tərəfindən dərs ləvazimatları və məktəbli çantalarının paylanması da həyata keçirilib. İndi də belə bir addımın atılması təqdirəlayiq olar. Amma şagirdləri incitmədən, heç kimə göstərmədən etmək lazımdır”.

“Alqışlayaram və arzu edərəm ki, ehtiyacı olanlara, şəhidlərin övladlarına və müharibə iştirakçılarının ailələrindən olan uşaqlara məktəbli formaları ödənişsiz verilsin, onlara yardımlar edilsin. Amma reklam üçün deyil, kömək məqsədilə həyata keçirilsin”, – deyə deputat bildirib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu