fbpx

Məndə olan bir şey var ki, o məndən başqa…

BEY.AZ informasiya agentliyi xəbər verir


“Çox şükür, ilimizi bir-birindən gözəl layihələrimizlə başladıq. Bir-birinin ardınca mütəmadi olaraq ayda 1 mahnı çıxarıb, 2 ayda bir klip çəkdirdik. Sonuncu işimizi Ukraynadan olan rejissor həyata keçirdi”.

Metbuat.az xəbər verir ki, bunu müğənni Elnarə Xəlilova sosial şəbəkə hesabında yazıb.

Yeniliklərindən bəhs edən sənətçi bildirib:

“Bundan sonrakı bir-birindən uğurlu layihələrimizin anonsunu indidən verirəm. Çox yaxında ard-arda çox gözəl layihələrin şahidi olacaqsınız. Bilirəm ki, onları da təkrar etmək istəyənlər olacaq, çünki nümunə olmağı çox sevirəm. Çox şükür artıq uzun zamandır formadayam. 4 uşaqdan sonra 42 yaşımda hələ ki, heç bir plastik əməliyyata ehtiyacım yoxdur. Məndə olan bir şey var ki, o məndən başqa heç kəsdə yoxdur: O sizsiz, mənim tamaşaçım. Sizi heç kəsə nə dəyişər,nə də əvəzinizi tapa bilərəm. Mənim tamaşaçım mənim özüm kimidir. Çünki sizi çox sevirəm, Allaha əmanət edirəm”.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu