fbpx

“Məni şəhidlərin arasına qoymuşdular” – Qazi xilas olunmasından danışdı / VİDEO

BEY.AZ informasiya agentliyi xəbər verir


Aprel döyüşlərinin iştirakçısı, Lələtəpə fatehi Ruslan Abbaszadə döyüş yolundan danışıb.

Metbuat.az xəbər verir ki, o, hərbi xidməti bitirdikdən sonra 6 ay gizir hazırlıq kursunda təhsil alıb. Bundan sonra isə Füzulidə N saylı hərbi hissəyə təyin olunub:

“Aprelin 1-də düşmən təxribata əl atarkən biz də döyüşə başladıq. Bizim hərbi hissə komandiri, rəhmətlik Şükür Həmidov qrupuma düşmənin sol tərəfində, aşağıda iki postu götürməyi tapşırmışdı. Qrupumla aşağı düşdük və 2 saat mühasirədə qaldıq. Sonra biz mühasirədən çıxdıq”.

Düşmənin atdığı güllə səbəbindən başından yaralanan Ruslan bidirib ki, postu götürmək üçün vuruşmağa davam edib: “Elə oldu ki, komandir əlaqəyə çıxıd ki, yaralılar arxaya qayıtsın. Birdən taqətdən düşdüm. Sonra elə bil ki, birdən məni geriyə tulladılar. Snayperlə döş qəfəsindən vurulmuşdum. Döyüş yoldaşlarımız bizi xəstəxanaya çatdırmışdılar. Bizi şəhidlərin arasına qoymuşdular. Elə bilmişdilər ölmüşəm. Həkimlərdən biri şəhidlərin yanından keçəndə xırıltı eşidib. Mənə baxıblar ki, nəbzim vurur”.

Daha ətraflı videoda:






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Məni #şəhidlərin #arasına #qoymuşdular #Qazi #xilas #olunmasından #danışdı #VİDEO

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu