fbpx
Xəbərlər

Mərkəzi Bank yeni sədrin imzası ilə manat buraxır

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Tahir oğlu Kazımovun imzasının əks olunduğu yenilənmiş 1 manatlıq kağız pul nişanları 18 sentyabr 2023-cü il tarixindən etibarən tədavülə buraxılır.

Bu barədə Metbuat.az-a AMB-dən bildirilib. Məlumata görə, imza banknotun ön tərəfindən sol yuxarı küncdə təsvir edilib. Həmçinin kağız pul nişanının üzərində “2023” istehsal ili əks etdirilib.

Yenilənmiş 1 manatlığın digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı kağız pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.

Qeyd edək ki, yenilənmiş 1 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq. Banknotun ön və arxa tərəfinin təsvirləri əlavə olunur.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Mərkəzi #Bank #yeni #sədrin #imzası #ilə #manat #buraxır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu