fbpx

Mərkəzi Bankın dövriyyədə olan notlarının həcmi tarixi rekordunu yeniləyib

BEY.AZ informasiya agentliyi xəbər verir



Azərbaycan Mərkəzi Bankının dövriyyədə olan notlarının həcmi tarixi rekordunu yeniləyib və iyulun 19-da 1 milyard 476.14 milyon manata yüksəlib.

Metbuat.az bu barədə AMB-yə istinadən xəbər verir. Bundan əvvəl, ən yüksək göstərici 2022-ci ilin dekabr ayında qeydə alınmışdı və 1 milyard 458.56 milyon manat təşkil etmişdi. 2023-cü ilin əvvəlindən indiyə kimi Mərkəzi Bankının dövriyyədə olan notlarının həcmi ümumilikdə 26,3% artıb. Belə ki, bu ilin yanvar ayında 1 milyard 169.87 milyon manat təşkil edib.

Mərkəzi Bank açıqlamalarında monetar şəraiti və bank sisteminin likvidliyini effektiv tənzimləmək, banklararası pul bazarını daha da aktivləşdirmək, faiz dəhlizinin bu bazarda formalaşan qısamüddətli faizlərə təsirlərini gücləndirmək və manatın qısamüddətli gəlirlik əyrisinin qurulması məqsədilə notlarının yerləşdirilməsi üzrə hərracların davam etdirilməsinin məqsədəuyğun olduğunu bildirilib. İnflyasiyanın daxili və xarici mühitdə müşahidə olunan risklərə reaksiya olaraq AMB-nin antiinflyasiya xarakterli pul siyasətini davamıdır.

Qeyd edək ki, bu ilin aprel ayında AMB banklarla yanaşı qeyri-neft və qeyri-dövlət sektorunda fəaliyyət göstərən şirkətlərin də not hərraclarında iştirakına imkan yaradıb. Bu amil də Mərkəzi Bankın notlarına marağı artırıb və bu ilin iyun ayında özəl şirkətlərin əldə etdiyi AMB notlarının həcmi 8%-ə çatıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


  • Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
    #Mərkəzi #Bankın #dövriyyədə #olan #notlarının #həcmi #tarixi #rekordunu #yeniləyib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu