Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi
BEY.AZ informasiya agentliyi xəbər verir
Xəbər verdiyimiz kimi, Azərbaycan jurnalistlərinin VIII qurultayı keçirilir.
Metbuat.az xəbər verir ki, qurultayda Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb. Səsvermə yolu ilə formalaşdırılan İdarə Heyətinin tərkibinə 23 nəfər daxildir.
İdarə heyətinin üzvləri kimi Vüqar Rəhimzadə, Vüsalə Mahirqızı, Hacıbəy Heydərli, Azər Həsrət, Aydın Quliyev, Elçin Mirzəbəyli, Akif Aşırlı, Səadət Məmmədova, Niyaz Niftiyev, Elşad Eyvazlı, Aqil Ələsgər, Rauf Arifoğlu, Alqış Musayev təsdiqlənib.
Əflatun Amaşov, Müşfiq Ələsgərli, Umud Mirzəyev, Yadigar Məmmədli, Bəhruz Məmmədzadə, Qulu Məhərrəmli, Vüqar Zəfəroğlu, Ceyhun Musaoğlu, Fərid Pərdəşünas isə ictimaiyyət nümayəndəsi olaraq təsdiq olunub.
Qeyd edək ki, Mətbuat Şurası (MŞ) İdarə Heyətinin yeni sədri “525-ci qəzet”in baş redaktoru Rəşad Məciddir. İndiyədək bu vəzifəni Əflatun Amaşov tuturdu. Ə.Amaşov 2003-cü ildən MŞ sədri idi.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.