fbpx

“Taxıl dəhlizi” vasitəsilə Ukraynadan daşınan taxılın miqdarı açıqlandı

BEY.AZ informasiya agentliyi xəbər verir


“Bu günə qədər “Taxıl dəhlizi” vasitəsilə Ukraynadan başqa ölkələrə 16,9 milyon ton taxıl daşınıb”.

Metbuat.az xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi deyib.

O bildirib ki, həmin taxıl ümumilikdə 633 gəmi ilə daşınıb.

Xatırladaq ki, ötən il iyulun 22-də Ukrayna, Rusiya, Türkiyə və BMT Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının həyata keçirilməsi ilə bağlı dördtərəfli saziş imzalayıb. Taxıl daşıyan ilk gəmi avqustun 5-də Odessa limanını tərk edib.

Oktyabrın 29-da Rusiya hakimiyyəti Sevastopolda Qara dəniz donanmasına “hücum” iddiası ilə “taxıl sazişi”ndən çıxdığını elan etmişdi.

Lakin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “taxıl dəhlizi”nin bərpa olunduğunu bəyan edib və Türkiyənin Rusiya ilə danışıqları nəticəsində yenidən Ukraynanın ixracı sabitləşib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Taxıl #dəhlizi #vasitəsilə #Ukraynadan #daşınan #taxılın #miqdarı #açıqlandı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu