fbpx

Mətbuat Şurasının üzvləri Özbəkistan səfirliyində görüş keçirib

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Mətbuat Şurasının Beynəlxalq əlaqələr komissiyasının üzvləri Özbəkistanın Azərbaycandakı səfirliyində səfirin müşaviri Bahram Qaipovla görüşüb.

Metbuat.az xəbər verir ki, komissiyanın sədri Müşfiq Ələsgərli MŞ-nin Beynəlxalq Əlaqələr Komissiyasının fəaliyyəti və qarşıdakı prioritetləri barədə məlumat verib. Komissiyanın üzvləri Yeganə Hacıyeva və Azər Həsrət iki ölkənin media platformaları arasında münasibətlərin inkişaf etdirilməsinə dair fikirlərini bölüşüblər. Onlar Özbəkistan Səfirliyi ilə Şuranın əməkdaşlığının bu sahəyə verə biləcəyi töhfələr barədə danışıblar.

Ziyarət üçün təşəkkürünü bildirən B.Qaipov Özbəkistan Səfirliyi ilə Mətbuat Şurası, həmçinin, ölkənin media qurumları arasında əməkdaşlığın sağlam təməllər üzərində qurulduğunu, ümumi maraqlara uyğun olduğunu vurğulayıb. O, əməkdaşlığın inkişafı üçün bir sıra təkliflər səsləndirib.

Müşavir, eyni zamanda, təmsil olunduğu diplomatik missiyasının media ilə münasibətlərə xüsusi diqqət yetirdiyini bildirib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Mətbuat #Şurasının #üzvləri #Özbəkistan #səfirliyində #görüş #keçirib

Bir Cevap Yazın

Başa dön tuşu