fbpx

Mahir Emreli “Dinamo Zaqreb”i bu Türkiyə klubuna dəyişir

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan millisinin hücumçusu Mahir Emreli “Dinamo Zaqreb”dən ayrılıb Türkiyə klubuna keçəcək.

Metbuat.az fanat.az-a istinadən xəbər verir ki, bu barədə tanınan jurnalist və futbol mütəxəssisi Fuad Ələkbərov özünün sosial şəbəkə hesabında məlumat yayıb.

Mənbə klubun adını çəkməsə də, Xorvatiya mətbuatı bunun “Antalyaspor” olduğunu iddia edir.

Bu baş versə, Emrelinin “Dinamo”da çıxışı cəmi 11 ay çəkəcək. O, bu ilin fevralında “Legiya”dan Zaqreb klubuna keçib. 25 yaşlı hücumçu bu mövsüm “Dinamo”nun heyətində cəmi 233 dəqiqə meydanda olub. O, liqada üç qol vurub. Ümumilikdə 11 ayda “Dinamo”da 20 oyun keçirib və 5 qol vurub.

Emrelinin “Dinamo” ilə 2026-cı ilə qədər müqaviləsi var və “Transfermarkt” onun dəyərini bir milyon avro göstərir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Mahir #Emreli #Dinamo #Zaqrebi #Türkiyə #klubuna #dəyişir

Bir Cevap Yazın

Başa dön tuşu