fbpx
Xəbərlər

Mahsunun konsertində duyğulu anlar – Şəhidin atası və övladlarını səhnəyə çağırdı /VİDEO

BEY.AZ informasiya agentliyi xəbər verir


Məşhur müğənni Mahsun Kırmızıgül 17 il sonra azərbaycanlı pərəstişkarları qarşısında çıxış edib.

Metbuat.az xəbər verir ki, Bakı Konqres Mərkəzində reallaşan konsert zamanı duyğulu anlar yaşanıb.

Belə ki, səhnədə olan böyük monitorda Vətən müharibəsi şəhidi Anar İsrafilovun Mahsunun sevilən ifalarından olan “Annem-annem” adlı mahnısını səsləndirdiyi görüntülər yer alıb.

Mahsun şəhidin atasını səhnəyə dəvət edib. O, Anarın övladları ilə birlikdə səhnəyə çıxaraq oğlunun Mahsunun ifalarını çox sevdiyini və hər zaman ifa etdiyini deyib.

Sənətçi Anar İsrafilovun övladlarının təhsil xərclərini öz üzərinə götürdüyünü deyib.

Qeyd edək ki, A. İsrəfilov 1990-cı il yanvarın 4-də Ağdaşda anadan olub. O, 2020-ci il sentyabrın 27-də vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Oktyabrın 26-da isə elə həmin istiqamətində şəhid olub. İsrəfilov Ağdaş rayonunda dəfn olunub. Ölümündən sonra Anar Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən. “Vətən uğrunda” medalı ilə təltif edilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Mahsunun #konsertində #duyğulu #anlar #Şəhidin #atası #və #övladlarını #səhnəyə #çağırdı #VİDEO

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu