fbpx

Makrondan dünyaya XƏBƏRDARLIQ: “Görünməmiş ərzaq böhranı astanasındayıq”

BEY.AZ informasiya agentliyi xəbər verir


Dünya birliyi Ukrayna münaqişəsinin səbəb olduğu görünməmiş ərzaq böhranı astanasındadır.

Metbuat.az xəbər verir ki, bunu cümə axşamı Fransa prezidenti Emmanuel Makron Brüsseldə G7 liderlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

“Biz indi görünməmiş ərzaq böhranına doğru gedirik”, – Makron xəbərdarlıq edib.

O xatırladıb ki, Rusiya və Ukraynanın ən böyük kənd təsərrüfatı istehsalçılarıdır. Afrika və Yaxın Şərq ölkələrinin qida planında xüsusi zəiflik mövcuddur.

Fransa prezidenti həmçinin bildirib ki, Rusiya Federasiyasında işlərin davam etdirilməsi və ya dayandırılması ilə bağlı qərar Fransa şirkətlərinin özlərində qalır:

“Mənim mövqeyim şirkətlərə öz qərarlarını vermələrinə imkan verməkdir”.

Makron qeyd edib ki, o, sanksiya altında olan sektorlarda fəaliyyət göstərən və ya sanksiyaya məruz qalmış tərəfdaşlarla əməkdaşlıq edən müəssisələrin Fransanın verdiyi qərarlara əməl etməsini istərdi və bu gün bütün fransız firmaları bunu edir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin