fbpx
Xəbərlər

Manatın məzənnəsi ilə bağlı vacib xəbər: “Yaxın 1 il ərzində…”

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

“Bu gün Azərbaycanın valyuta bazarında təklif tələbi kifayət qədər üstələyir”.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. AMB sədrinin sözlərinə görə, valyuta bazarında tələb aşağıdır. 2023-cü ilin ötən dövrü ərzində Mərkəzi Bank məzənnəni sabit rejimdə saxlamaq üçün alış yönümlü müdaxilə edərək, bazardan 566 milyon dollar alıb. Bu 566 milyon dollarlıq alışın 444 milyon dolları yalnız sentyabr ayında olub.

Metbuat.az xəbər verir ki, bu barədə danışan iqtisadçı Xalid Kərimli referans.az-a bildirib ki, manatın məzənnəsi bahalaşmalı olduğu halda, Mərkəzi Bank buna icazə verməyib:

“Əslində manatın məzənnəsi bahalaşmalı imiş, amma Mərkəzi Bank qoymuyub. İnteqrasiya edib. Dolları alıblar ki, dollar ucuzlaşmasın. Yəni dollar 1,70-dən aşağı düşməsin. Bu o deməkdir ki, Mərkəzi Bank dolların 1,70-dən aşağı düşməsini istəmir. Bunu rəsmi olaraq elan etməsələr də, biz son 5-6 illik siyasətdən bilirik ki, 2017-ci ildən bu yana demək olar ki, mütəmadi olaraq Mərkəzi Bank dövr üzrə yüksək dollar alır ki, Bazarı tənzimləsin. Artıq dolları bazardan çıxarıb insanlara manat verir”.

İqtisadçı qeyd edib ki, Mərkəzi Bankın siyasəti odur ki, manat dollara qarşı 1,70-lə qalacaq. Onun sözlərinə görə, hər hansı bir qeyri-adi anormal hadisə olmazsa, 1 il ərzində manatın məzənnəsi ilə bağlı ciddi risklər yoxdur:

“Manatın məzənnəsi bazarla hərəkət etmir deyə artıb-azalıb və ya tələb-təklif çoxalıb deyə bilmərik. Manatın məzənnəsi Mərkəzi Bankın dollara təchizlənmiş siyasəti ilə davam edir. Bu da o deməkdir ki, dollar dünyada bahalaşanda manat da onunla birlikdə bütün digər valyutalara qarşı bahalaşır. Dollar ucuzlaşanda isə manat da digər valyutalara qarşı ucuzlaşır”.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Manatın #məzənnəsi #ilə #bağlı #vacib #xəbər #Yaxın #ərzində

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu