fbpx

“Mançester Siti” İngiltərə Kubokunu qazanıb

BEY.AZ informasiya agentliyi xəbər verir



Londondakı “Uembli” stadionunda “Mançester Siti” və “Mançester Yunayted” komandaları arasında İngiltərə kubokunun finalı başa çatıb.

Metbuat.az xəbər verir ki, 3 qolla yadda qalan final matçı “şəhərlilər”in qələbəsi ilə bitib.

İlk hissə 1:1 hesablı heç-heçə ilə başa çatıb. Artıq 14-cü saniyədə yarımmüdafiəçi İlkay Gündoğan İngiltərə Kuboku finalları tarixinin ən sürətli qolunu vuraraq “Mançester Siti”ni önə keçirib. Oyunun 33-cü dəqiqəsində “qırmızı şeytanlar” tabloda tarazlığı bərpa edib. Belə ki, hakim Pol Tirni Cek Qrilişin əllə oynadığı oyuna görə penalti təyin edib, Bruno Fernandeş isə penaltini dəqiq yerinə yetirib.

İkinci hissənin əvvəlində Gündoğan David de Xeanın qapısına cərimə meydançası xaricindən zərbə endirərək “şəhərlilər”i görüşdə ikinci dəfə irəli çıxarıb və yekun hesabı müəyyənləşdirib – 2:1.





Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Mançester #Siti #İngiltərə #Kubokunu #qazanıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu