fbpx

Maradonanın “tanrının əli” adlı məşhur oyununda geyindiyi forma rekord qiymətə satılıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Argentina millisinin sabiq futbolçusu Dieqo Maradonanın forması hərracda rekord qiymətə – 8,4 milyon avroya satılıb.

Metbuat.az xarici KİV-nə istinadən xəbər verir ki, bu forma mərhum oyunçunun 1986-cı ildə Meksikada keçirilmiş dünya çempionatında İngiltərə yığmasının qapısına əllə qol vurduğu 1/4 final matçında (2:1) geyindiyi formadır. Sözügedən forma son 35 ildə İngiltərə millisinin keçmiş üzvü Stiv Hocda olub. O, formanı matçdan sonra Maradona ilə dəyişib.

Bu, indiyədək hansısa idman atributuna ödənilmiş ən yüksək məbləğdir. Əvvəlki rekord 2019-cu ildə beyzbolçusu Beyb Rutun formasının 5,2 milyon avroya satılması olub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu