fbpx
Xəbərlər

“Mariupolda mühasirəyə alınan fabrikdə çoxlu mülki vətəndaşlar qalıb”

BEY.AZ informasiya agentliyi xəbər verir


Ukraynanın Mariupol şəhərində mühasirəyə alınan Azovstal fabrikində çoxlu mülki vətəndaşlar qalıb.

Metbuat.az BBC-yə istinadən məlumat verir ki, Rusiyanın dəstəklədiyi döyüşçülər Ukrayna əsgərləri və mülki şəxslərin sığındığı deyilən Azovstal polad zavoduna hücum etməyə çalışır.

Məlumata görə, Rusiya Mariupoldakı Ukrayna qoşunlarına təslim olmaq üçün saat 11:00-a qədər (çərşənbə axşamı) vaxt verib, lakin Ukrayna liman şəhərini müdafiə etməyə davam edəcəyinə söz verib.

Şəhər merinin müavini Sergey Orlov BBC-ə verdiyi açıqlamada bildirib ki, fabrikdə çoxlu mülki vətəndaş qalıb: “Onlar əsasən yaxınlıqdakı dağıdılmış binaların sakinləri və polad zavodlarının işçiləridir. Onlar bilirlər ki, polad zavodlarının yaxşı bomba sığınacağı var və bomba sığınacağında bir az ərzaq və su ehtiyatı var. Buna görə də ailələri ilə birlikdə bu bomba sığınacağına sığınmağa qərar veriblər.”

O, hazırda fabrikdəkilərə kömək etmək mümkün olmadığını deyib: “Rusiya hər şeyi, istənilən humanitar yardımı və ya evakuasiyanı tamamilə əngəlləyir”.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu