fbpx

Marketlərin yeni ƏDV hiyləsi – VİDEO

BEY.AZ informasiya agentliyi xəbər verir


Bəzi mağazalardan alınan məhsullara görə ƏDV fərqli üsulla verilir.

Metbuat.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, bu zaman iki qəbz təqdim olunur.

Belə ki, ilk qəbz ƏDV-siz olur, daha sonra isə onu təqdim etməklə ƏDV-li qəbzi alırsınız.

Hadisə Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən marketlərdən birində baş verib.

Alıcılar iddia edir ki, vəziyyətlə bağlı market rəhbərliyinə dəfələrlə müraciət etsələr də nəticə dəyişməyib. Bu mağazada alıcılara verilən qəbzin biri ƏDV-li, digəri isə ƏDV-siz olur. Bunu bilən də var, bilməyən də.

Məsələyə market rəhbərliyi də münasibət bildirib. Adını deməyən şəxsin sözlərinə görə, əvvəllər 1 çek verilib, sonradan problemlər yarandığından bu üsula əl atıblar.

Bənzər mənzərə Sumqayıtda olan marketlərdən birində də yaşanır. Alınan məhsula görə 2 çek verilir.

Mağazadan isə bildirilib ki, bu məsələ ilə bağlı heç bir məlumat vermək istəmirlər.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən mövzu ilə bağlı bildirilib ki, problemlə bağlı əgər vətəndaşlar xidmətə müraciət edərlərsə, o zaman məsələ araşdırıla bilər.

Daha ətraflı süjetdə:





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Marketlərin #yeni #ƏDV #hiyləsi #VİDEO

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu