fbpx

Mart ayı üçün kosmik hava proqnozu açıqlanıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Hazırda Günəşdə baş verən alışmaların aktivlik indeksi sarı zonaya düşür (cəmi beş olmaqla yaşıl, sarı, narıncı, qırmızı və bənövşəyi indeks mövcuddur), geomaqnit sahə sakit və stabildir.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Metbuat.az-a verilən məlumata görə, 5-7 mart tarixlərində geomaqnit sahənin aktiv hala keçəcəyi, geomaqnit şəraiti göstərən Kp əmsalının 10 ballıq şkala ilə 4-5, 15 mart tarixi üçün isə 4 olacağı proqnozlaşdırılır.

Martın 25-dək geomaqnit şəraitin sakit olacağı, 25-28 mart tarixləri üçün geomaqnit şəraitin yenidən fəallaşacağı gözlənilir. Bunun nəticəsində Kp əmsalının 4-7 intervalına, geomaqnit qasırğasının isə G2 (orta) və G3 (orta, nisbətən daha güclü) səviyyəsinə çatacağı proqnozlaşdırılır.

Hazırda Günəşdə alışmaların baş vermə ehtimalı C sinif alışmalar üçün 99%, M sinif alışmalar üçün 50%, X sinif alışmalar üçün isə 15% -dir. 02-04 mart tarixlərində Kp əmsalı 1-3 intervalında dəyişəcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Mart #ayı #üçün #kosmik #hava #proqnozu #açıqlanıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu