fbpx

Masallı və Lerikin icra başçıları kollektivə təqdim olunub

BEY.AZ informasiya agentliyi xəbər verir


Lerik və Masallı rayonlarının yeni icra başçıları kollektivə təqdim olunub.

Metbuat.az xəbər verir ki, Lerik Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Əkbər Abbasov bu gün Prezidentin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və dövlətimizin başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

Bundan başqa Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Araz Əhmədov da bu gün Prezidentin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

Təqdimatlarda Zeynal Nağdəliyev çıxış edərək İlham Əliyevin tapşırıq və tövsiyələrini çatdırıb.

Hər iki başçı göstərilən etimada görə minnətdarlığını bildirib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu