fbpx
Xəbərlər

Masallıda məktəbdəki qanunsuzluqlarla bağlı cinayət işi məhkəməyə göndərilib

BEY.AZ informasiya agentliyi xəbər verir


Masallı rayonunun F.Xancanov adına Musaküçə tam orta məktəbində baş vermiş qanunsuzluqlar barədə başlanan cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Bu barədə Metbuat.az-a Masallı Rayon Prokurorluğundan məlumat verilib.

İstintaq zamanı məktəbin direktoru İlqar Cahangirovun 20 218 manat məbləğində dövlət vəsaitini mənimsəməsi və 11 500 manat məbləğində özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

İlqar Cahangirova Cinayət Məcəlləsinin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə), 313 (vəzifə saxtakarlığı) və digər maddələrilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Masallıda #məktəbdəki #qanunsuzluqlarla #bağlı #cinayət #işi #məhkəməyə #göndərilib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu