fbpx

Mbappe qol sayında İbrahimoviçə çatıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Fransanın PSJ klubunun futbolçusu Kilian Mbappe Paris təmsilçisində vurduğu qolların sayına görə Zlatan İbrahimoviçə çatıb.

Metbuat.az-ın məlumatına görə, 23 yaşlı hücumçu Liqa 1-də “Sent Etyen”ə 3:1 hesabı ilə qalib gəldikləri XXVI tur oyununda dubla imza atıb.

İbrahimoviç və Mbappe PSJ-də 156 dəfə fərqləniblər. İsveçli forvard buna 180-ci, fransalı oyunçu isə 205-ci görüşündə nail olub.

UruqvayEdinson Kavani hər iki hücumçudan daha çox qol vurub. O, 301 qarşılaşmada 200 qolla yadda qalıb.

Qeyd edək ki, Kilian Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. İbrahimoviç 2012 – 2016, Kavani isə 2013 – 2020-ci illərdə paytaxt təmsilçisinin formasını geyinib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu