fbpx

Mbappe transferi ilə bağlı “Real” qarşısında yeni tələb irəli sürdü


PSJ-dən ayrılmağa qərar verən Kilian Mbappenin AVRO-2024-də heç bir təzyiq olmadan oynamaq istədiyi, bu səbəbdən onun “Real Madrid”ə keçidinin turnirdən əvvəl açıqlanacağı bildirilib.

BEY.AZ xəbər verir ki, Mbappe bu barədə tələbini “Real”a bildirib. “Marca” qəzetinin məlumatına görə, bununla bağlı İspan nəhəngi ulduz futbolçu ilə anlaşıb. Xəbərdə “Real Madrid”in Kilian Mbappenin komandası ilə transferin rəsmi şəkildə açıqlanması üçün anlaşdığı və bütün təşəbbüsün ulduz futbolçuya aid olduğu qeyd edilib.

Qeyd edək ki, Almaniyanın ev sahibliyi edəcəyi 2024-cü il Avropa Futbol Çempionatı iyunun 14-dən iyulun 14-dək keçiriləcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu