fbpx

Mehriban Əliyeva Fatma Səttarovanı 100 illik yubileyi münasibətilə təbrik edib

BEY MEDIA İnformasiya agenti xəbər verir


Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” hesabında etdiyi paylaşımda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarovanı 100 illik yubileyi münasibətilə təbrik edib.

Metbuat.azın məlumatına görə, paylaşımda deyilir:

“Əziz Fatma xanım!

Sizi 100 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizə ən xoş arzularımı çatdırıram! Sizin parlaq şəxsiyyətiniz və həyat yolunuz heyranlıq doğurur! Biz Sizi çox sevirik, Sizinlə fəxr edirik! Uca Tanrı Sizə bundan sonra da tükənməz enerji, gümrahlıq və nikbinlik dolu neçə-neçə illər bəxş etsin. Bu əlamətdar gündə Sizə və doğmalarınıza möhkəm cansağlığı, nurlu, xoş günlər və səadət arzulayıram!

Dərin hörmətlə,
Mehriban”






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu