fbpx

Mehriban Əliyeva azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Avropa çempionu titulunu qazanan Azərbaycanın ilk qadın şahmatçısı Ülviyyə Fətəliyevanı təbrik edib.

BEY.AZ xəbər verir ki, təbrik Birinci vitse-prezidentin rəsmi instaqram səhifəsində paylaşılıb.

“Əziz Ülviyyə! Parlaq qələbə münasibətilə səni ürəkdən təbrik edirəm! Əməyinə və iradənə görə çox sağ ol! Səninlə fəxr edirəm! Azərbaycana Qələbələr yaraşır!”, – paylaşımda deyilir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu