fbpx

Mehriban Əliyeva Qənirə Paşayevanın dəfni ilə bağlı məsələləri nəzarətə götürdü

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, millət vəkili Qənirə Paşayevanın dəfni ilə bağlı məsələlər nəzarətə götürülüb.

Metbuat.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında deputatın əmisi Qəzənfər Paşayev deyib.

O bildirib ki, Qənirə Paşayevanın dəfn mərasimi sabah İkinci Fəxri xiyabanda baş tutacaq.

Qeyd edək ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.

Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Mehriban #Əliyeva #Qənirə #Paşayevanın #dəfni #ilə #bağlı #məsələləri #nəzarətə #götürdü

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu